Ukrayna hərbçiləri 5 yaşayış məntəqəsini azad edib
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Silahlı Qüvvələri Çerniqov vilayətinin 5 yaşayış məntəqəsini azad edib.
BAKU.WS UNİAN-a istinadən xəbər verir ki, məlumatı Ukraynanın “Şimal” operativ komandanlığı feysbuk səhifəsində yayıb.
Məlumata görə, Rusiya silahlı dəstələri bütövlükdə döyüş qabiliyyətində deyil: “Zabit heyəti arasında vahimə var. Hesab edirlər ki, ali hərbi-siyasi rəhbərlik onları atıb. İndi Çerniqovun yaşayış məntəqələrində Ukraynanın dövlət bayrağı dalğalanır. Əməliyyat nəticəsində Rusiyanın ələ keçirilən iki zirehli döyüş maşını bundan sonra Ukraynaya xidmət edəcək”.
Bir müddət əvvəl Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin Derqaç şəhərini Rusiya hərbçilərindən tamamilə azad ediblər.
Oxşar xəbərlər
Ukrayna hərbçiləri Rusiyaya məxsus on tankı ələ keçiriblər
Çerniqov vilayətində ukraynalı hərbçilər Rusiyaqoşunlarına məxsus işlək vəziyyətdə olan on ədəd tankı, bir zenit-raket kompleksini və bir zirehli təxliyə maşını...