Ukrayna hərbçiləri Rusiyaya məxsus on tankı ələ keçiriblər
Yeniliklərdən dərhal xəbərdar olun
Çerniqov vilayətində ukraynalı hərbçilər Rusiyaqoşunlarına məxsus işlək vəziyyətdə olan on ədəd tankı, bir zenit-raket kompleksini və bir zirehli təxliyə maşınını ələ keçiriblər.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, Bu barədə Ukranya Silahlı Qüvvələrinin “Şimal” əməliyyat komandanlığı məlumat yayıb.
“Şimal” Əməliyyat Komandanlığının hərbi hissələri və bölmələri öz torpaqlarını, qohumlarını və dostlarını müdafiə etməkdə davam edir. Bu gün Çerniqov vilayətində üstün düşmən qüvvələri ilə döyüş olub. Döyüş nəticəsində 10 işlək tank, bir zenit-raket kompleksi və bir zirehli təxliyə maşını ələ keçirilib”, – deyə məlumatda bildirilib.
Oxşar xəbərlər
Ukrayna ordusu Rusiyanın “İsgəndər M” zenit-raket kompleksini məhv edib
Ukraynanın Çerniqov vilayətində “İsgəndər M” zenit-raket kompleksi məhv edilib. BAKU.WS UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Ordusunun “Şimal” op...