Rusiya bir gecədə Ukraynada 5 qırıcı itirdi

Rusiya  bir gecədə Ukraynada 5 qırıcı itirdi
Siyasət 493

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri ötən sutka ərzində Rusiyanın 5 qırıcısını, zirehli texnika kalonunu, yanacaq olan bir kolonu, hava hücumundan müdafiə sistemini, bir helikopterini məhv edib, qanadlı raketi vurub.

BAKU.WS-in məlumatına görə, bununla bağlı Hərbi Hava Qüvvələrinin komandanlığı sosial şəbəkədə məlumat paylaşıb.

Rusiya qoşunları aviazərbələr, zenit-raket qüvvələri və HHQ-nin hücum pilotsuz təyyarələri nəticəsində xeyli itki verib.

Həmçinin Vasilkov və Brovarı şəhərinə hücum edən iki rus təyyarəsi ukraynalı pilotlar tərəfindən vurulub. Daha üç qırıcı isə S-300 zenit-raket bölmələri tərəfindən məhv edilib. Kiyev yaxınlığında "Buk M-1" zenit-raket kompleksi qanadlı raketi və helikopteri vurub.

Son xəbərlər