Rusiya MN: Daha iki şəhər ələ keçirildi - Ukraynanın verdiyi SON İTKİLƏR
Rusiya ordusu Ukraynanın Zaporojye vilayətinin Berdyansk və Enerqodar şəhərlərini nəzarətə götürüb.
BAKU.WS xəbər verir ki, bunu brifinqdə Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov bildirib.
O əlavə edib ki, Rusiya aviasiyası Ukraynanın bütün ərazisi üzərində hava üstünlüyü əldə edib: "Son 24 saat ərzində Rusiya Aerokosmik Qüvvələri 8 "Buk M-1" döyüş maşını, "S-300" və "BUK-M-1" hava hücumundan müdafiə sistemlərini, "P-14" stansiyaları olan üç radio mövqeyini, yerdə 4 və havada bir döyüş təyyarəsini məhv edib".
Qeyd edək ki, xüsusi əməliyyat başlayandan Rusiya Silahlı Qüvvələri Ukraynada 1114 hərbi infrastruktur obyekt, 314 tank və digər zirehli döyüş texnikası, 57 reaktiv yaylım atəşi sistemi, 121 səhra artilleriya və minaatan, 274 ədəd xüsusi təyinatlı hərbi texnikanı məhv edib.
Oxşar xəbərlər
Rusiya MN Ukraynanın verdiyi növbəti itkiləri AÇIQLADI
Rusiya Federasiyasının Silahlı Qüvvələrinin xüsusi hərbi əməliyyatı zamanı Ukraynanın hərbi infrastrukturunun 975 obyekti vurulub və ya məhv edilib. BAKU.WS xəb...