Rusiya Müdafiə Nazirliyi Ukraynanın verdiyi itkiləri AÇIQLADI

Rusiya Müdafiə Nazirliyi Ukraynanın verdiyi itkiləri AÇIQLADI
Siyasət 1505

Rusiya Federasiyasının Silahlı Qüvvələrinin xüsusi hərbi əməliyyatı zamanı Ukraynanın hərbi infrastrukturunun 118 hərbi obyekti sıradan çıxarılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Hərbi əməliyyatlar zamanı 5 döyüş təyyarəsi, 1 helikopter, 5 pilotsuz uçuş aparatı vurulub.

18 tank və digər zirehli döyüş maşını, 7 reaktiv yaylım atəşi sistemi, 41 ədəd xüsusi təyinatlı hərbi texnika və 5 döyüş kateri məhv edilib.

Ukrayna Silahlı Qüvvələrinin 53-cü əlahiddə mexanikləşdirilmiş briqadasının daha 11 hərbçisi Nikolaevsk qəsəbəsi yaxınlığında təslim olub.

Son xəbərlər