Bayden: “2024-cü il seçkilərinə namizədəm”

Bayden: “2024-cü il seçkilərinə namizədəm”
Siyasət 21

Amerika Birləşmiş Ştatları prezidenti Co Bayden 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürdüyünü, lakin hələlik bunu rəsmən elan etmədiyini bildirib.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, 80 yaşlı lider bu fikirləri Ağ Evdə Pasxa bayramı münasibətilə keçirilən tədbir zamanı NBC televiziyasının suallarını cavablandırarkən bildirib.

Məlumata görə, əvvəllər həm Baydenin, həm də vitse-prezident Kamala Harrisin yenidən namizəd olacağına dair xəbərlər yayılıb. Lakin ikilidən heç bir açıqlama verilməyib. Mənbələr NBC-yə deyiblər ki, Ağ Ev Baydenin seçki kampaniyasına başlamağa hazırlaşır.

Son xəbərlər