Baş nazir su təchizatının təkmilləşdirilməsi ilə bağlı sərəncam imzalayıb

Baş nazir su təchizatının təkmilləşdirilməsi ilə bağlı sərəncam imzalayıb
Siyasət 19

Bakıda və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramının monitorinqinin həyata keçirilməsi proseduru müəyyənləşib.

BAKU.WS xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb.

Sərəncama əsasən, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-35-ci illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini təmin etmək məqsədilə Vahid Elektron Hesabatlılıq Portalı çərçivəsində "Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-35-ci illər üçün Dövlət Proqramı"nın icrasının monitorinqi və hesabatlılıq modulu"nun formalaşdırılmasını iki ay müddətində təmin etməli və Dövlət Proqramının monitorinqini və qiymətləndirilməsini modul üzərindən həyata keçirməlidir.

Həmçinin mərkəz Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqinin nəticəsi barədə məlumatları ildə bir dəfə, hər il aprelin 30-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.

Sərəncamın icrasına nəzarət və Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası istiqamətində aidiyyəti dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Tikinti, şəhərsalma və kommunal təsərrüfat şöbəsinə həvalə edilib.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Son xəbərlər