"Barselona"nın ulduzu hücuma məruz qalıb
29
avq
2022
13:45
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Barselona" klubunun futbolçusu Pyer-Emerik Obameyanq İspaniyadakı evində silahlı hücuma məruz qalıb.
BAKU.WS xəbər verir ki, bu barədə "El Pais" nəşri məlumat yayıb.
Belə ki, dörd maskalı şəxs futbolçunun evinə daxil olaraq onu odlu silahla təhdid edib və bir neçə zərbə endirib.
Daha sonra zinət əşyalarını götürən soyğunçular avtomobillə hadisə yerindən uzaqlaşıblar.
Futbolçunun həyat yoldaşı hadisə ilə bağlı polisi məlumatlandırıb.
Qeyd edək ki, 33 yaşlı P.Obameyanq bu ilin yanvarından "Barselona"da çıxış edir.
Oxşar xəbərlər
Yaponiyanın sabiq Baş nazirini güllələyən kimdir? - SƏBƏBİNİ AÇIQLADI - FOTO/VİDEO
Yaponiyanın keçmiş Baş naziri Şinzo Abe Nara şəhərində keçirilən tədbirdə ov tüfəngi ilə güllələnib. BAKU.WS xəbər verir ki, sinəsindən yaralanan Şinzo xəstəxan...