“Tottenhem”in ulduzu evinə girən oğrularla dalaşdı - Bir nəfər xəsarət aldı

“Tottenhem”in ulduzu evinə girən oğrularla dalaşdı - Bir nəfər xəsarət aldı
Siyasət 97

“Tottenhem” klubunun futbolçusu Dele Allinin evinə bıçaqlı oğrular girib.

BAKU.WS “Goal”a istinadən xəbər verir ki, soyğunçular evə girərkən evdə Dele Alli ilə yanaşı sevgilisi Rubi Mae və qardaşı Harri Hikford olub.

Onlar soyğunçularla əlbəyaxa olublar. Bu zaman Hikford yüngül xəsarət alıb. Onun xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb.

Oğrular evdəki bəzi dəyərli əşyaları və qızılları götürərək qaçıblar.

Dele Alli təhlükəsizlik kameraları ilə çəkilən görüntüləri polisə təqdim edib. Hazırda araşdırma aparılır.

Qeyd edək ki, martda belçikalı futbolçu Yan Vertonqenin Londondakı evinə 4 nəfər silahla basqın etmişdi.

Son xəbərlər