BAKU.TV-nin Tovuz döyüşlərindən xüsusi reportajı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Tovuz döyüşləri 27 sentyabrda “Dəmir yumruq” əməliyyatı ilə başlayacaq 44 günlük Vətən müharibəsində xalqımızı qələbəyə aparan yolun başlanğıcı oldu.
BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, bu təxribatı törətməkdə Ermənistanın iki əsas məqsədi var idi. Birincisi, Qarabağ məsələsinin həllində diplomatik cəbhədə dalana dirəndiyindən Azərbaycanın qabağında dura bilməyəcəyini anlayan düşmən təxribatı sərhəd istiqamətində törədərək hadisələrin seyrini dəyişmək, üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını regiona cəlb etmək niyyəti güdürdü.
İkincisi isə Tovuz və Qazax rayonları istiqamətindən ölkəmizin əsas beynəlxalq enerji və infrastruktur layihələri keçdiyi üçün yüksəkliklər təcavüzkar ölkə tərəfindən işğal ediləcəyi təqdirdə böyük təhlükə yarana bilərdi. Lakin Azərbaycan ordusu Ermənistanın bu arzusunu da ürəyində qoydu.
Reportajda Tovuz döyüşləri iştirakçıları həmin günlərlə bağlı öz təəssüratlarını bölüşüb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev xalqa müraciət edib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. BAKU.WS müraciəti təqdim edir. Prezident İlham Əliyevin xalqa müraciəti - Əziz həmvətənl...