Bakıda Frank Peloniyə qarşı etiraz aksiyası keçirilib
Bakıda səfərdə olan ABŞ konqresinin ermənipərəst nümayəndəsi Frank Peloniyə qarşı etiraz aksiyası keçirilir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, "Baku Marriott Hotel Boulevard"ın qarşısında keçirilən aksiyada vətəndaş cəmiyyəti nümayəndələri iştirak edirlər.
Aksiya iştirakçıları Peloninin Azərbaycan xalqından üzr istəməsini, dünənki dinc aksiya zamanı zorakılığa yol vermiş mühafizəçilərinə cinayət işinin açılmasını, Peloninin Azərbaycana qarayaxma kampaniyalarına görə cavab verməsini tələb edirlər.
Qeyd edək ki, ötən gün də F.Peloninin ermənipərəst mövqeyinə və lobbiçilik fəaliyyətinə görə etiraz aksiyası keçirilib.
Qalereya
Oxşar xəbərlər
Canni İnfantino İlham Əliyevə xatirə hədiyyələri verdi
Bu gün Bakı Kristal Zalında 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının (FIFA U-15 World Cup and Festival) rəsmi açılış mərasi...