Babiş: Azərbaycan Çex Respublikası üçün strateji tərəfdaşdır
Azərbaycan Çex Respublikası üçün strateji tərəfdaşdır.
BAKU.WS xəbər verir ki, bunu Çexiyanın Baş naziri Andrey Babiş Qəbələdə Prezident İlham Əliyevin iştirakı ilə keçirilən Azərbaycan-Çexiya biznes-forumunda çıxışı zamanı deyib.
"Buna görə də Avropa İttifaqına üzv olmayan ölkələr arasında ilk səfərimi məhz buraya edirəm. Biz cənab Prezidentlə Davosda görüşmüşdük, bu səfəri razılaşdırmışdıq və burada olmağımdan şadam və şərəf hissi keçirirəm. Eyni zamanda, Sizi Praqada qəbul etmək üçün dəvəti də çatdırıram.
Ölkələrimiz arasında Birgə İqtisadi Komissiyanın təşkil edilməsi ilə bağlı ideya var və bizim tərəfdən bu komissiyaya birinci vitse-premyer cənab Havliçik rəhbərlik edəcəkdir. Hesab edirəm ki, bu komissiya işinə mümkün qədər tez – bu il başlamalıdır ki, biz bütün bu layihələrdə irəli gedə bilək", - o deyib.
Oxşar xəbərlər
İsrail və Qazaxıstan ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsini müzakirə ediblər
İsrail Prezidenti İshaq Hersoq və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada keçirilən görüş zamanı ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsini müzaki...