Baş həkim: "Xalq da Mehriban Əliyevaya kömək etməlidir" (VİDEO)
Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycanın gələcəyi ilə bağlı təsəvvürlərinin gerçəkləşməsinə xalq da kömək etməlidir.
BAKU.WS xəbər verir ki, bunu Trend-ə Milli Onkologiya Mərkəzinin baş həkimi, Respublikanın əməkdar həkimi Azad Kərimli deyib.
M.Əliyevanın Birinci vitse-prezident seçilməsini çox gözəl və düzgün addım hesab edən baş həkim bildirir ki, M.Əliyevanın bu postda olduğu dövrdə bütün sahələrdə, o cümlədən də səhiyyədə müsbət dəyişikliklər olacaq:
"Səhiyyə sahəsində də çox böyük inkişaf olacaq. Çünki o, özü də gözəl həkimdir, Azərbaycan səhiyyəsinin imkanlarını gözəl bilir. Ona görə də biz yalnız yaxşı dəyişikliklər gözləyirik".
Baş həkim qeyd edib ki, M.Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyinatı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən vaxtında və düzgün verilmiş qərardır: "Mehriban Əliyeva gəncdir, işgüzardır, ona tapşırılan işin öhdəsindən layiqincə gələcək. Əlbəttə ki, xalq da ona kömək etməlidir. Hamı ona yardım etməlidir. Bu vaxta kimi o, həmişə öz köməyini xalqın üzərindən əskik etməyib. O, hər bir zaman əlindən gələn köməyi edib. Bundan sonra da xalq ona kömək etməlidir ki, o, Azərbaycanın gələcəyi ilə bağlı təsəvvürlərini həyata keçirsin. Ona ancaq uğurlar arzulaya bilərik".
Aynur Ələkbərova BAKU.WS
Oxşar xəbərlər
Mehriban Əliyeva təkzib edir: "Siyasət – bu yalnız kişi işi deyil" (VİDEO)
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva "Rossiya 1” telekanalına müsahibə verib. Müsahibə hər bazar günü efirə çıxan "Vesti nedeli...