Azərbaycanda ən populyar şirkətin rəhbəri Trampdan ayrılır

Şəxsi maşın sahiblərinin mobil tədbiq sayəsində taksiçilik fəaliyyəti ilə məşğul olmasına imkan yaradan "Uber" adlı şirkətin qurucusu və idarə heyətinin rəhbəri Travis Kalanik Trampın iqtisadi şurasından ayrılmaq qərarına gəlib.
BAKU.WS xəbər verir ki, bu barədə Travis Kalanik özü açıqlama verib. Buna səbəb Trampın müsaəlmanlara qarşı apardığı siyasət olub.
Kalanik bildirib ki, Trampın müsəlman ölkələri ilə bağlı imzaladığı sərəncamı insanları incidib. Bundan sonra sosial şəbəkələrdə "uberisil" aksiyasına start verilib. Nəticədə minlərlə "Uber" istifadəçisi tətbiqi mobil telefonlarından silib.
Qeyd edək ki, "Uber" dünyanın ən böyük taksi şirkətidir. 2009-cu ildə yaradılan bu şirkət 60 dan çox ölkədə eləcə də Azərbaycanda fəaliyyət göstərir. 2014-cü ildə "Silicon Valley"də ən çox investisiya alan şirkətolan "Uber" 1.2 milyard dollarlıq yatırım ilə şirkətin ümumi dəyəri 40 milyard dolları keçməyə müvəffəq olub.
Aynur Ələkbərova
BAKU.WS

Oxşar xəbərlər
Trampın qərarı azərbaycanlını gözyaşlarına boğdu - hər kəs ondan danışır (VİDEO)
ABŞ prezidenti Donald Trampın müsəlman ölkələri ilə bağlı son verdiyi qərar böyük reaksiyaya səbəb olub. BAKU.WS-in məlumatına görə, minlərlə müsəlman viza q...