Azərbaycanda hərbçilərin maaşları artırıldı
05
mar
2018
18:45
Prezident İlham Əliyev Azərbaycan Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.BAKU.WS-in məlumatına görə, sərəncamda qeyd olunur ki, Müdafiə Nazirliyinin dövlət büdcəsindən maliyyələşdirilən qurumlarının hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə nazirliynin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılsın.Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.BAKU.WS
Oxşar xəbərlər
Prezident bu sahələrdə işləyənlərin maaşını artırdı - ŞAD XƏBƏR
Azərbaycan Prezidenti İlham Əliyev mənzil-kommunal, nəqliyyat və rabitə sahələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.BAK...