Azərbaycan XİN-dən terror əməliyyatları ilə bağlı rəsmi açıqlama
"Belçika Krallığındakı terror təhlükəsi ilə əlaqədar Azərbaycan Respublikasının bu ölkədəki səfirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və səfirliyin bütün əməkdaşları iş yerindədirlər".
BAKU.WS-in məlumatına görə, bunu KİV-in sorğusuna cavab olaraq, XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. XİN rəsmisi qeyd edib ki, hazırda Belçikada olan vətəndaşlarımızdan kütləvi yerlərdən kənar durmalarını və təhlükəsizlik tədbirləri ilə əlaqədar yerli hüquq-mühafizə orqanlarının tələblərinə riayət etmələrini tövsiyə edirik.
H.Hacıyev əlavə edib ki, NATO-nun mənzil-qərargahında yerləşən Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyi təşkilatın tətbiq etdiyi təhlükəsizlik qaydalarına uyğun olaraq fəaliyyət göstərir.
Xatırladaq ki, Belçikanın paytaxtı Brüsseldə ən yüksək terror təhlükəsi səviyyəsi elan edilib. Ölkənin hüquq-mühafizə orqanları Parisdə baş vermiş terror aktları ilə əlaqədar əməliyyat keçirir.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Paris terrorunda ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşları varmı?
Xarici İşlər Nazirliyinin (XİN) təlimatı əsasında Azərbaycanın Fransadakı səfirliyi bu ölkədə törədilmiş terror hücumları nəticəsində həlak olan və ya xəsarət a...