Azərbaycan Ermənistanın yalanını ifşa etdi
"Fələstin Dövlətinin Bakıdakı Səfirliyi Xarici İşlər Nazirliyinə nota ilə müraciət edərək Ermənistanın "Zhamanak Daily” xəbər agentliyinin Fələstinin Böyük Britaniyadakı erməni əsilli səfirinin "East Magazine”-nə (Vostok) verdiyi müsahibəsinə istinadən yaxın gələcəkdə İrəvanda Fələstin səfirliyinin açılacağı barəsində yaydığı xəbərinin yalan olduğunu bildirib".
BAKU.WS-in məlumatına görə, bunu XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev söyləyib.
Onun sözlərinə görə, notada qeyd olunur ki, bu xəbər "Zhamanak Daily” və ona istinadən Azərbaycanın bəzi xəbər portallarında çıxan zaman Fələstin Dövlətinin Bakıdakı Səfirliyi Fələstin Prezident Administrasiyası və Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıb və hər iki qurum tərəfindən bu xəbərin yalan olduğu və ümumiyyətlə, İrəvanda Fələstin səfirliyinin açılması barəsində niyyətin olmadığı təsdiq edilib:
"Ermənistan KİV-nin ölkəmizin xarici, müdafiə və təhlükəsizlik siyasətinə xələl gətirmək məqsədi ilə bir çox hallarda qəsddən dezinformasiya və təxribat xarakterli məlumatlar yaydıqlarını nəzərə alaraq, bəzi yerli kütləvi informasiya vasitələrinə dəqiqləşdirmə və yoxlama aparmadan bu kimi xəbərlərin yayılmasından çəkinməyi tövsiyə edirik", - deyə H.Hacıyev əlavə edib.
ŞAHİN Həbibov
BAKU.WS
Oxşar xəbərlər
İnterpol Dağlıq Qarabağa qanunsuz səfər edən milyonerin axtarışını dayandırdı
İnterpol Azərbaycanın Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ regionuna qanunsuz olaraq səfər edən rusiyalı iş adamı German Sterliqovun axtarışını dayan...