“Azərbaycanın yeni formalaşacaq parlamenti ilə də əməkdaşlıq edəcəyik” - Yankauskas
“Azərbaycanda parlament seçkilərinin beynəlxalq standartlara uyğun şəkildə keçiriləcəyini gözləyirik”.
BAKU.WS xəbər verir ki, bunu secki-2020.az saytına açıqlamasında Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib.
O, Azərbaycanın ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosundan və Avropa Şurasından seçkiləri izləmək üçün müşahidəçiləri dəvət etməsini müsbət qiymətləndirdiyini bildirərək deyib:
“Bu missiyaların bir qismi artıq Azərbaycandadır. Yaxın vaxtlarda müşahidə missiyasının digər üzvləri də bura gələcək. Düşünürəm ki, biz tərəfdaşlıq əlaqələrimizin möhkəmləndirilməsi və inkişafı üçün Azərbaycanın yeni formalaşacaq parlamenti ilə də əməkdaşlıq edəcəyik”.
Oxşar xəbərlər
Elnur Allahverdiyev təşviqat çərçivəsində Xalq artistinin qonağı oldu - FOTO
Yeni Azərbaycan Partiyasının (YAP) 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizədi Elnur Allahverdiyev “Facebook” səhifəsində təşviqat kampaniyas...