Azərbaycanda İƏT-in Zirvə görüşü keçiriləcək
Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Zirvə görüşünə ev sahibliyi edəcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində keçirilən "Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar" mövzusunda müzakirədə deyib.
Onun sözlərinə görə, qarşıdakı dövrdə Azərbaycan üçün mühüm tədbirlər gündəmdədir:
"Sonrakı iki ildə Azərbaycanın İƏT-ə sədrliyi reallaşacaq. Eyni zamanda Qlobal Şəhərsalma Forumu və s. tədbirlərin də Bakıda keçirilməsi gözlənilir. Bu tədbirlər Azərbaycanın önəmini artıracaq faktorlardır".
Y.Rəfiyev həmçinin bildirib ki, 2030-cu ilədək dünyanın ən böyük iqtisadiyyatına sahib dörd dövlətdən üçünün Qlobal Cənub ölkəsi olacağı proqnozlaşdırılır.
Oxşar xəbərlər
Ukrayna səfiri Azərbaycana 2025-ci ildəki dəstəyə görə təşəkkür edib
Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev 2025-ci ildə göstərilən yardıma görə Azərbaycana təşəkkür edib. BAKU.WS xəbər verir ki, bu barədə ukraynalı diplomat...