Azərbaycan və Böyük Britaniya hərbi əməkdaşlığı müzakirə ediblər
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auld ilə görüşüb.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Müdafiə naziri Azərbaycan ilə Böyük Britaniya arasında digər sahələrdə olduğu kimi hərbi sahədə də əlaqələrin xüsusi əhəmiyyət daşıdığını və bunun hər iki tərəfin ordusunun inkişafına töhfə verəcəyini bildirib.
F.Auld isə öz növbəsində ölkələr arasında əməkdaşlığın mövcud vəziyyətindən məmnunluq ifadə edib, əlaqələrin daha da inkişaf etdirilməsində bu kimi görüşlərin əhəmiyyətini vurğulayıb.
Krallığın Azərbaycandakı hərbi attaşesi 2-ci dərəcəli kapitan Gavin Tarbardın da iştirak etdiyi görüşdə tərəflər hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri, regional təhlükəsizlik, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə ediblər.
Qalereya
Oxşar xəbərlər
Budapeştdə Azərbaycan–Macarıstan Strateji Dialoqunun 3-cü görüşü keçirilib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Macarıstana səfəri çərçivəsində bu ölkənin xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb. BAKU.WS xə...