Azərbaycan və BMT arasında əməkdaşlıq müzakirə edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində BMT Baş katibinin müavini və ən az inkişaf etmiş ölkələr, dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr və inkişaf etməkdə olan kiçik ada dövlətləri üzrə ali nümayəndəsi Rabab Fatiməilə görüşüb.
Bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.
Tərəflər Azərbaycanın COP29-a sədrliyi çərçivəsində BMT ilə əməkdaşlığını müzakirə edib.
Görüşdə Azərbaycanın COP29-a sədrliyi ilə az inkişaf etmiş ölkələrin, dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin iqtisadi, sosial, mədəni və humanitar problemlərinin həllinin təşviqinə yönəlmiş təşəbbüsləri qeyd olunub.
Oxşar xəbərlər
Norman: Bakı və London regiona Britaniya investisiyalarının cəlb edilməsi üzərində birgə çalışırlar
Azərbaycanla birgə regionun nəqliyyat, infrastruktur və rəqəmsal sektorlarına cəlb edilməsi üzərində işləyirik. BAKU.WS report-a istinadən xəbər verir ki, bu ba...