Azərbaycan səfiri Latviya XİN-in parlament katibi ilə görüşüb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın Riqadakı səfiri Elnur Sultanov Latviya Xarici İşlər Nazirliyinin parlament katibi Qunda Reyre ilə görüşüb.
BAKU.WS səfirliyə istinadən xəbər verir ki, söhbət zamanı ikitərəfli strateji tərəfdaşlığın perspektivləri müzakirə olunub.
“Biz Azərbaycan və Latviya arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə etdik və strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi perspektivlərini müzakirə etdik”, - səfir bildirib.
Öz növbəsində, Latviya XİN nümayəndəsi ikitərəfli dialoqun uğurlu inkişafını yüksək qiymətləndirdiyini bildirib.
Görüş zamanı, həmçinin münaqişədən sonrakı dövrdə Cənubi Qafqaz regionunda vəziyyət də müzakirə olunub.
E.Sultanov Q.Reyneyə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işləri, Xankəndi-Laçın yolundakı vəziyyət və Azərbaycanın regionda sülhün bərqərar olması üçün göstərdiyi səylər barədə məlumat verib.
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...