Azərbaycan səfiri İranın XİN nümayəndəsi ilə görüşüb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın İrandakı səfiri Əli Əlizadə İran Xarici İşlər Nazirliyinin Avrasiya İşləri üzrə Baş İdarəsinin rəisi, nazir müavini Müctəba Demirçilu ilə görüşüb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və müxtəlif sahələrdə əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.
İran XİN-in rəsmi nümayəndəsi ikitərəfli münasibətlərdəki irəliləyişi qeyd edərək, razılaşmaların həyata keçirilməsi və iki ölkə arasında münasibətlərin qorunması üçün hər iki tərəfin səylərinin vacibliyini vurğulayıb.
Demirçilu, həmçinin hər iki ölkənin rəhbərlərinin qarşılıqlı faydalı münasibətlərin inkişafı istiqamətində səylərini yüksək qiymətləndirib.
Oxşar xəbərlər
TÜRKPA Baş katibi TDT Ağsaqqallar Şurasının sədri Binali Yıldırım ilə görüşüb
Ötən gün Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi cənab Ramil Həsən Türk Dövlətləri Təşkil...