Azərbaycan Prezident: Serbiya iqtisadi cəhətdən uğurla inkişaf edir
Aleksandar Vuçiçin rəhbərliyi altında Serbiya uğurla inkişaf edir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçlə mətbuata bəyanatında söyləyib.
"Həm beynəlxalq müstəvidə böyük hörmət qazanmışdır, eyni zamanda, iqtisadi və sosial sahədə böyük islahatlar aparılmışdır" , - Azərbaycan Prezidenti bildirib.
Dövlət başçısı deyib ki, bunun nəticəsində bu gün Serbiya təbii sərvətləri olmayan bir ölkə olmasına baxmayaraq, iqtisadi cəhətdən uğurla inkişaf edir, öz gücünə arxalanır, heç bir yerdən heç bir yardım almır. Bugünkü şəraitdə, xüsusilə Avropa məkanında yerləşən üçün bu xüsusi amil kimi qiymətləndirilməlidir.
Oxşar xəbərlər
Azərbaycan və Ukrayna arasında intensiv siyasi dialoq müzakirə olunub
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukrayna Prezidenti Volodimir Zelenski Ofisinin rəhbəri Kirill Budanov ilə görüşüb. BAKU.WS Azərbaycan XİN-ə ist...