Azərbaycan Ordusu daha bir kəndi işğaldan azad etdi - RƏSMİ
27
sen
2020
15:59
Azərbaycan Ordusunun əks-hücumları nəticəsində daha bir kəndimiz erməni işğalından azad edilib.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat daxil olub.
Füzuli rayonun Aşağı Əbdurrəhmanlı kəndi düşməndən təmizlənib.
Qeyd edək ki, Azərbaycan Ordusunun qoşun bölmələrinin həyata keçirdiyi əməliyyatlar nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı, Nüzgar kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb.
Oxşar xəbərlər
Azərbaycan Ordusu bir sıra kəndləri işğaldan azad edib - RƏSMİ - VİDEO
"Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz işğaldan azad edilib". BAKU.WS xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmət...