“Azərbaycan ordusu artıq Ermənistana “Dur!” deyib” - VİDEO

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Haber Global”ın canlı efirinə qoşularaq cəbhədə baş verən son hadisələrdən, Azərbaycanın məsələdə qətiyyətli addımlarından danışıb.
BAKU.WS-in məlumatına görə, L.Abdullayeva bildirib ki, Azərbaycan ordusu artıq Ermənistana “Dur!” deyib: “Artıq dördüncü gündür ki, Ermənistanın təxribatı ilə üz-üzəyik. Azərbaycan ordusu torpaqlarımızda bizə aqressivlik nümayiş etdirən Ermənistan silahlı qüvvələrinə “Dur!” deyib.
Biz 30 ildir ki, bu münaqişənin sülh yolu ilə həlli üçün mücadilə aparırıq. Biz sülh istədiyimizi bu illər ərzində nümayiş etdirmişik”.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasını keçirib - VİDEO (YENİLƏNİB)
İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının y...