Azərbaycan hərbçiləri "Qış təlimi - 2025" təlimlərində daha üç ölkə ilə birlikdə tapşırıqlar icra ediblər
Türkiyənin Qars şəhərində keçirilən "Qış təlimi- 2025" beynəlxalq hərbi təlimi çərçivəsində Azərbaycan, Türkiyə, Bosniya - Hersoqovina və Gürcüstan hərbçiləri birlikdə hərbi tapşırıqlar icra ediblər.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, adıçəkilən ölkələrdən olan xüsusi təyinatlılardan ibarət iki komanda "Birbaşa Missiya Əməliyyatı" missiyasını uğurla başa çatdırıblar.
Məlumatda təlimlərin uğurla davam etdirildiyi diqqətə çatdırılıb.
Təlimdə Azərbaycan, ABŞ, Banqladeş, Bosniya və Herseqovina, Gürcüstan, İtaliya, Kosova, Pakistan, Qazaxıstan, Şimali Makedoniya, Bolqarıstan, Fransa, İngiltərə, Liviya, Monqolustan, Niger, Tacikistan və İordaniyadan 199, Türkiyədən isə 12 min şəxsi heyət iştirak edir.
Xartırladaq ki, təlimlər yanvarın 20-də başlayıb. Təlim çərçivəsində müxtəlif manevrlər həyata keçirilir.
Kış Tatbikatı-2025 planlandığı gibi başarıyla devam ediyor.
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) February 3, 2025
Tatbikat kapsamında;
🇹🇷 Türkiye, 🇦🇿 Azerbaycan, 🇧🇦 Bosna-Hersek ve 🇬🇪 Gürcistan Özel Kuvvet personelinin katılımı ile oluşturulan müşterek iki özel kuvvet timi, “Direkt Görev Harekâtı” görevini başarıyla… pic.twitter.com/dGWKBtYXw9
Oxşar xəbərlər
Ərdoğan Türkiyə, Azərbaycan və Özbəkistan nazirlərinin görüşündən danışıb
Türkiyə-Azərbaycan-Özbəkistan xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirləri arasında keçirilən görüş Türk dünyası dövlətləri arasında əməkdaşlığa rəsmi Anka...