Azərbaycan erməni kamikadze dronunu havada məhv etdi - ANBAAN VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Ordusunun ermənilərə məxsus kamikadze dronu məhv etməsi kameralara düşüb.
BAKU.WS xəbər verir ki, Ermənistanın xain hücumuna cavab verən ordumuz düşmənə daha bir zərbə vurub. Dronun vurulması kamerası anbaan cəbhə bölgəsində çəkiliş aparan Türkiyənin "A haber" kanalının kameralarına düşüb.
Kanalın müxbirinin sözlərinə görə, erməni ordusu müntəzəm olaraq hücumlara cəhd edir. Ancaq Azərbaycan Ordusu səlis atəşləri ilə onun bütün cəhdlərinin qarşısını alır.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 27-si səhər saatlarından sentyabrın 30-u saat 21.30-dək düşmənin ümumi itkilərinin aşağıdakı kimi olduğunu açıqlamışdı.
- 200-dək tank və digər zirehli texnika;
- 228 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatan;
- 30 ədəd hava hücumundan müdafiə vasitələri;
- 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi;
- 5 silah-sursat anbarı;
- 110-dan artıq avtomobil texnikası;
- 1 ədəd “S-300” zenit-raket kompleksi.
Dünən və bu gün də düşmənin çox sayda texnikası, o cümlədən canlı qüvvəsi məhv edilib.
Oxşar xəbərlər
Anar Eyvazov: “Döyüş bayrağını qoyub qaçan düşmənin iki yolu var…”
Azərbaycan Ordusunun apardığı qətiyyətli əks-hücum əməliyyatı cəbhənin bütün istiqamətlərində uğurla davam edir. Ermənistan silahlı qüvvələrinin işğal etdiyi ər...