“Harop” ermənilərin dartıcı avtomobili və topunu belə vurdu - VİDEO

Azərbaycan hərbçilərinin gerçəkləşdirdikləri “Harop” atışı ilə Ermənistan Ordusunun dartıcı avtomobili və yedəkdə daşınan topu vurulub.
BAKU.WS-in Azeri Defence saytına istinadla verdiyi məlumata görə, “Harop”un özünün son bir neçə saniyəsinə qədər qeydə aldığı görüntüdə yüksək sürətlə hərəkət halında olan avtomobilin və topun məhv edildiyi əksini tapır.
“Harop” kamikadze pilotsuz uçuş aparatı sabit (hərəkətsiz) hədəfləri vurmaq üçün təyinatlandırılıb. Təqdim edilən görüntü Azərbaycanın “Harop” operatorlarının yüksək hazırlığa və peşəkarlığa sahib olduğunu göstərir.
Qeyd edək ki, bu gün “Harop” atışı ilə cəbhənin şimalında – Murovdağ yüksəkliyi yaxınlığında Ermənistan Ordusunun 20 nəfərlik bölməsi, sentyabrın 29-da düşmənin işğal altındakı Azərbaycan ərazilərinə göndərdiyi bir avtobus canlı qüvvə, sentyabrın 28-də isə Ermənistan Ordusunun Baş Kəşfiyyat İdarəsinin rəisi məhv edilib.
Sentyabrın 27-si səhər saatlarından sentyabrın 30-u saat 21.30-dək düşmən canlı qüvvədə, hərbi və döyüş texnikasında xeyli itki verib və bütün cəbhə boyunca tutduqları mövqelərdən və ərazinin vacib sahələrindən geri çəkilməyə məcbur edilib.Bu müddət ərzində düşmənin ümumi itkiləri aşağıdakı kimidir: - 200-dək tank və digər zirehli texnika;
- 228 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatan;
- 30 ədəd hava hücumundan müdafiə vasitələri;
- 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi;
- 5 silah-sursat anbarı;
- 110-dan artıq avtomobil texnikası;
- 1 ədəd “S-300” zenit-raket kompleksi.
Oxşar xəbərlər
“Harop” Murovda köməyə gələn erməniləri məhv etdi - 20 ölü – VİDEO
Murovdağda Ermənistan Ordusunun 20 nəfər hərbi qulluqçusu “Harop” atışıyla məhv edilib. BAKU.WS-in məlumatına görə, Azeri Defence saytının əldə etdiyi eksklüziv...
