Azərbaycan artilleriyaçıları ilk mərhələdə III oldular - FOTO/VİDEO
“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Qazaxıstan Respublikasının Qvardiya qarnizonunda keçirilən "Artilleriya atəşinin ustaları" müsabiqəsinin ilk mərhələsinə start verilib.
Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, bu mərhələdə komandalar zirehli döyüş maşınlarında marşrut üzrə təyin olunan müxtəlif maneələri dəf edib, minaatanlar, qumbaraatanlar və pulemyotlardan atəş tapşırıqları yerinə yetiriblər.
Fərdi mərhələnin nəticələrinə əsasən, hərbçilərimiz bütün hədəfləri sərrast atəşlə məhv ediblər. Hakimlərin qərarına görə, hərbçilərimiz doqquz komanda arasında üçüncü yerə layiq görülüblər.
Birinci və ikinci yerləri isə müvafiq olaraq Qazaxıstan və Rusiyadan olan artilleriyaçılar qazanıblar.
Qalereya
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...