Azərbaycan 12 dövlətə humanitar yardım göndərib - SİYAHI

Azərbaycan 12 dövlətə humanitar yardım göndərib - SİYAHI
Siyasət 1225

Azərbaycan tərəfindən Çin, İran, İtaliya, Macarıstan, Özbəkistan, Bosniya və Hersoqovina, Xorvatiya, Qırğızıstan, Pakistan, Tacikistan, Moldova və Serbiyaya humanitar yardımlar göstərilib”.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə bildirib.

O qeyd edib ki, humanitar yardımlar həm tibbi ləvazimatlar, həm də maliyyə şəklində dost və tərəfdaş dövlətlərə çatdırılıb.

H.Hacıyev vurğulayıb ki, bundan başqa, Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə BMT-nin Yaxın Şərq Agentliyi tərəfindən də humanitar yardımla bağlı Azərbaycana müraciət daxil olub:

“Bu müraciət də qiymətləndirilir. Yaxın vaxtlarda maliyyə formasında belə bir dəstəyin verilməsi nəzərdə tutulur”.

Son xəbərlər