Azad edilmiş ərazilərdə mədəni irsə dəymiş zərərin əvəzinin ödənilməsi üçün tədbirlər planı hazırlanacaq
İşğaldan azad edilmiş ərazilərdə mədəni irsə dəymiş zərərin əvəzinin ödənilməsi məqsədilə tədbirlər görüləcək.
BAKU.WS xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Mədəniyyəti - 2040" Mədəniyyət Konsepsiyasında əks olunub.
Qeyd edilib ki, həmin ərazilərdə mədəni irsin, o cümlədən arxeoloji abidələrin qorunması ilə bağlı fəaliyyətin təkmilləşdirilməsi, beynəlxalq ictimaiyyətin məlumatlılığının artırılması nəzərdə tutulur.
Bildirilib ki, 2026–2030-cu illərdə mövcud vəziyyətin təhlili, məlumatların sistemləşdirilməsi planlaşdırılır.
Bu barədə tədbirlər planının hazırlanması və təsdiqi, mədəni irsin, o cümlədən arxeoloji abidələrin qorunması ilə bağlı tədbirlərin həyata keçirilməsi və nəticələrin "e-culture" platformasına inteqrasiyası həyata keçiriləcək.
Oxşar xəbərlər
Rusiya Gümrüdən çıxır? - Putinlə Paşinyan arasında HƏRBİ BAZA GƏRGİNLİY
"Əgər Gümrüdəki hərbi baza Ermənistana lazım deyilsə, biz günü sabah gələ bilərik. Amma Ermənistan buna hazırdırmı?". BAKU.WS Baku TV-yə istinadən bildirir ki,...