AXCP-Milli Şura xəttinin Rusiya strategiyası və Ramiz Mehdiyev amili
Analitiklər Ukrayna müharibəsi sonrası postsovet məkanında geosiyasi güc balansının dəyişməsi fonunda Azərbaycanın daxili siyasi mühitində risk faktorlarının artdığını bildirirlər. Xüsusilə Ramiz Mehdiyevin uzun illər ərzində formalaşdırdığı siyasi şəbəkə və onunla əlaqəli strukturlar, həmçinin AXCP və Milli Şura xətti diqqət mərkəzindədir.
Mütəxəssislər qeyd edirlər ki, Ramiz Mehdiyevin siyasi şəbəkəsi və AXCP kimi radikal üslubla seçilən liderlər xarici təsirlərə açıqdır və manipulyasiya edilə bilən mühit yaradır. Milli Şura isə daxili siyasi dayağı zəif, fraqmentləşdirilmiş struktura malikdir və xarici aktorlar tərəfindən platforma kimi istifadə edilə bilər.
Analitiklərin fikrincə, bu strukturların ritorikası tez-tez xarici siyasi narrativlərlə üst-üstə düşür və cəmiyyətlə dövlət arasında etimadsızlıq yaratmaq potensialına malikdir. Beləliklə, Ukrayna müharibəsi sonrası Cənubi Qafqazdakı geosiyasi qarşıdurmalar fonunda Milli Şura xətti və Ramiz Mehdiyev şəbəkəsi strateji təhlükəsizlik riskləri yaradan aktorlar kimi qiymətləndirilir.
Ekspertlər vurğulayırlar ki, Azərbaycanın təhlükəsizlik arxitekturasının sabitliyi üçün bu risklərin vaxtında analiz edilməsi və preventiv tədbirlərin görülməsi vacibdir. Bu çərçivədə radikallaşma potensialının neytrallaşdırılması, xarici təsir imkanlarının bloklanması və destruktiv fəaliyyətlərin qarşısının alınması prioritet məsələ hesab olunur.
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Qarabağ ətrafında mübarizənin yeni mərhələs - Bakı Kəlbəcərə, yaxud Xocavəndə gedərkən İrəvandan icazə almır
Azərbaycanla Ermənistan arasında münaqişənin hərbi-siyasi mərhələsi başa çatıb, lakin Qarabağ uğrunda mübarizənin məzmunu da dəyişir. Vaxtilə əsas qarşıdurmanın...