Avropa Parlamenti açıqladı: noyabrın 1-dək...

Avropa Parlamenti Avrop İttifaqının (Aİ) qaz anbarlarının qışa qədər doldurulması planlarını təsdiqlədi. Həmin planlar noyabrın 1-dək saxlanma səviyyəsinin ən azı 80 faizini nəzərdə tutur.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentinin plenar iclasında qəbul edilən yeni reqlamentlə bağlı press-relizdə bildirilib.
"Üzv-dövlətlər və operatorlar 85 faizi hədəfləməlidirlər. Önümüzdəki illərdə avropalıları potensial təchizatda fasilələrdən qorumaq üçün hədəf 90 faiz olacaq", - deyə qeyd olunub.
Aİ ölkələrinin qaz təchizatı mənbələrini şaxələndirmək və enerji səmərəliliyi tədbirlərini gücləndirmək ehtiyacını vurğulanıb.
Oxşar xəbərlər
Aİ Ukraynanı öz enerji şəbəkəsinə qoşur
Avropa Komissiyası (AK) yaxın gələcəkdə Ukraynanı Avropa İttifaqının enerji şəbəkəsinə qoşmaq niyyətindədir. BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu Br...