ATƏT sədri Minsk qrupunun həmsədrləri ilə görüşüb
28
iyn
2019
22:51
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa məsələləri üzrə naziri Miroslav Layçak Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskonti və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin adından çıxış edən həmsədrləri İqor Popov (Rusiya), Endoyu Şofer (ABŞ) ilə görüşüb. BAKU.WS verir ki, M.Layçak həmsədrlərin sonuncu məsləhətləşmələrinin, o cümlədən Ermənistan və Azərbaycan XİN başçıları arasında həmsədrlərin vasitəçiliyi ilə aprelin 15-də Moskvada, eləcə də iyunun 20-də Vaşinqtonda baş tutan görüşlərinin nəticələri barədə məlumatlandırılıb. Həmsədrlər slovakiyalı sədrə humanitar məsələlər üzrə irəliləyişlər, o cümlədən günün əvvəlində Ermənistan və Azərbaycan arasında girovların mübadiləsi barədə məlumat veriblər. M.Lajçak Minsk prosesi və həmsədrlərin işini, həmçinin tərəflərin gərginliyi azaltmaq və sülhə, danışıqlarda əhəmiyyətli tərəqqiyə şərait yaratmaq üçün səylərini dəstəklədiyini bildirib. Girovların mübadiləsi ilə bağlı fikirlərini səsləndirən sədr bu addımı təqdirəlayiq hal kimi dəyərləndirib:"Biz dialoqun münaqişənin təsir etdiyi insanlar üçün necə müsbət nəticələr verə biləcəyini göstərən bu humanitar addımı alqışlayırıq”.
Oxşar xəbərlər
Elmar Məmmədyarovla Mnasakanyan arasında görüş başlayıb - FOTO
Vaşinqtonda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla ermənistanlı həmkarı Zohrab Mnasakanyan arasında görüş başlayıb.BAKU.WS-in XİN-in mətbuat xidməti...