Astanada Ərdoğanla Putin arasında görüş başa çatıb - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla Astanadakı görüşü başa çatıb.
BAKU.WS TASS-a istinadla xəbər verir ki, görüş 1 saat yarım davam edib.
Vladimir Putin bildirib ki, siyasi məhdudiyyətlərə baxmayaraq, Türkiyə ilə Rusiya rəhbərliyi arasında müntəzəm görüşlər baş tutur, bu görüşlər və təmaslar yaxşı nəticələr verir.
***14:12
Astanada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putinin Asiyada Əməkdaşlıq və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Toplantısı çərçivəsində görüşü keçirilir.
BAKU.WS “TRTHaber”ə istinadla xəbər verir ki, görüşdə ikitərəfli münasibətlər, enerji sahəsində əməkdaşlıq, Ukraynadakı müharibə və Suriya ilə bağlı məsələlər müzakirə olunur.
Liderlər Rusiya-Ukrayna müharibəsi və atəşkəs prosesi, həmçinin Qara dəniz taxıl dəhlizi məsələsini müzakirə etdikləri bildirilib.
Oxşar xəbərlər
Ərdoğanla Putin Astanada bu mövzuları müzakirə edəcəklər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstandakı təmasları çərçivəsində bu gün Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. BAKU.WS trt haber-ə istinadən...