Anar Quliyev: "WUF13 inklüziv iştirakı və məzmunlu nəticələri ilə yadda qalacaq"
"Bu forum təkcə miqyasına görə deyil, həm də innovativ formatları, inklüziv iştirakı və məzmunlu nəticələri ilə yadda qalacaq".
BAKU.WS xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) bağlanış mərasimində bildirib.
"27 dövlət və hökumət başçısının, yüksək səviyyəli qonaqların və beynəlxalq təşkilat rəhbərlərinin iştirakı qlobal şəhərsalma gündəliyinin irəlilədilməsinə, dayanıqlı şəhər inkişafı üzrə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə və hamı üçün adekvat mənzil və dayanıqlı icmaların təmin olunmasına güclü siyasi öhdəliyi nümayiş etdirdi" – deyə o qeyd edib.
Anar Quliyev həmçinin bildirib ki, forum çərçivəsində Azərbaycan sədrliyi ilə keçirilən yüksək səviyyəli nazirlik görüşü də mühüm mərhələlərdən biri olub. Həmin görüşdə Yeni Şəhərsalma Gündəliyinin icrası nəzərdən keçirilib.
Onun sözlərinə görə, 140 ölkədən 80-i nazir səviyyəsində təmsil olunub və bu platforma mənzil, planlaşdırma, dayanıqlılıq, sosial inklüzivlik və şəhərlərarası əməkdaşlıq üzrə daha interaktiv və həll yönümlü dialoqa şərait yaradıb.
Anar Quliyev onu da əlavə edib ki, aparılan müzakirələrdən əldə olunan baxışlar və praktiki tövsiyələr sədrin yekun sənədinin hazırlanmasına töhfə verib və BMT Baş Assambleyasında bu ilin sonunda keçiriləcək Yeni Şəhər Gündəliyinin yüksək səviyyəli icmalı üçün mühüm impuls yaradıb.
Oxşar xəbərlər
Alyona Əliyeva WUF13-dən paylaşım edib
Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva sosial şəbəkə hesabında Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasından (WUF13) paylaşım edib...