ANAMA-dan Cəbrayıldakı mina partlayışı ilə bağlı MƏLUMAT

ANAMA-dan Cəbrayıldakı mina partlayışı ilə bağlı MƏLUMAT
Siyasət 106

İyunun 19-da Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 1992-ci il təvəllüdlü Şükürov Əli Şirəli oğlu işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

BAKU.WS ANAMA-nın yaydığı məlumata istinadən xəbər verir ki, partlayış dalğası zamanı torpaqdan qalxan daş hissələri əməkdaşın ayaqlarına yüngül xəsarət yetirib.

Nəticədə, Şükürov Əli Şirəli oğlu rayon xəstəxanasına aparılıb, zəruri müayinələrdən keçərək evə buraxılıb.

ANAMA bir daha vətəndaşlarımızı işğaldan azad edilmiş ərazilərdə diqqətli və sayıq olmağa çağırır. Özlərini təhlükəli ərazidə hiss etdikdə, hərəkəti dayandıraraq, “102” və ya “112” xidməti zəng mərkəzlərinə məlumat vermələri tövsiyə olunur.

Son xəbərlər