"Anadolu Qartalı-2025"də iştirak edən azərbaycanlı pilot: Məqsəd ölkələrin taktika və texnikalarını öyrənməkdi

Anadolu Qartalı-2025də iştirak edən azərbaycanlı pilot: Məqsəd ölkələrin taktika və texnikalarını öyrənməkdi
Foto
Siyasət 55

Məqsəd təyyarələrimizin imkanlarını bu təlimdə nümayiş etdirməkdir.

BAKU.WS xəbər verir ki, bunu report-a açıqlamasında "Anadolu Qartalı-2025" təlimində Azərbaycanı təmsil edən hərbi pilot, polkovnik-leytenant Elçin Rəfiyev deyib.

O bildirib ki, məqsəd həm də digər ölkələrin taktikalarını öyrənmək və texnikalarının istifadə qaydalarına yiyələnməkdir.

Onun sözlərinə görə, təlimdə iştirak edən hər bir ölkə öz təyyarəsinin imkan və qabiliyyətlərini göstərir:

"2020-ci il Vətən Müharibəsindən sonra Prezident İlham Əliyevin göstərişinə əsasən Silahlı Qüvvələrimiz Türkiyə Silahlı Qüvvələrinin modelinə keçib və onların təcrübəsi öyrənilir:

"Bundan sonra biz onlarla davamlı olaraq birgə təlimlər keçiririk. Təlimlərdə nəzəri və praktiki hazırlıqlardan istifadə edilir. Məqsədimiz işləri görərək texnikalarımızı daha da inkişaf etdirməkdir".

"Müharibədən sonra arsenalımız zənginləşib. Ağıllı bombalar, ağıllı döyüş sursatları modernizasiya olundu. Bunların istifadə qaydasını həm öyrənmək, həm də tətbiq etmək üçün bu cür təlimlər vacibdir. Çünki qüvvələrimizi yeni silahlardan istifadə ilə təkmilləşdiririk", - deyə "Qarabağ" ordenlı pilot vurğulayıb.

Qeyd edək ki, təlimdə 10-dan çox ölkə iştirak edib.

Son xəbərlər