Almaniya XİN başçısı: "Ukraynaya hərbi müdaxilə ilə kömək edə bilməyəcəyik"
Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsinin beşinci ayında Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib ki, o, Ukraynaya müəyyən yardım vəd etmək istəyir, lakin bunu edə bilmir, çünki bu, hərbi müdaxilə tələb edir.
BAKU.WS “Report”a istinadən xəbər veirr ki, bu barədə “Der Spiegel” nəşri yazıb.
“Mən söz vermək istərdim ki, biz Ukraynanın uğrunda döyüşlərin getdiyi ərazilərdən humanitar dəhlizlərə zəmanət verəcəyik. Lakin biz bunu təmin edə bilmərik. Belə vəd hərbi tədbirlərlə dəstəklənməlidir”, - o qeyd edib.
Onun sözlərinə görə, bu səbəbdən o, Ukrayna üzərində uçuşa qadağa zonasının yaradılmayacağını açıq şəkildə söyləməli olub.
Oxşar xəbərlər
Ukraynanın könüllü hərəkatının rəhbəri rastlaşdığı dəhşətlərdən DANIŞDI - FOTO
Ukraynanın “Volontyor” könüllü hərəkatının rəhbəri Roman Soviçin “Report”a müsahibə verib. Həmin müsahibəni təqdim edirik: - Rusiyanın artıq 4 aya yaxındır ki,...