Alimlər prostat vəzi xərçənginin diaqnostikasında irəliləyiş əldə etdilər

Alimlər prostat vəzi xərçənginin diaqnostikasında irəliləyiş əldə etdilər
Siyasət 2

Britaniya alimləri prostat vəzi xərçənginin diaqnozunda irəliləyiş əldə ediblər.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, müvafiq tədqiqatın nəticələri "Cell Genomics" elmi jurnalında dərc olunub.

Tədqiqat zamanı prostat xərçəngi olan 150-dən çox kişidən alınan şiş nümunələri təhlil edilib. Alimlər onların DNT-sinin zamanla necə dəyişdiyini öyrənmək istəyiblər. Nəticədə məlum olub ki, prostat xərçənginin bir yox, iki alt növü var.

"İndiyə qədər biz prostat xərçənginin yalnız bir növ xəstəlik olduğunu düşünürdük. Süni intellektdəki irəliləyişlər sayəsində əslində iki fərqli alt növün olduğunu yalnız indi sübut edə bildik.", - deyə tədqiqatda bildirilib.

Həkimlər tədqiqat çərçivəsində əldə edilən məlumatlardan istifadə edərək, bu gün onkologiyanın ən çox yayılmış və təhlükəli növlərindən biri sayılan prostat vəzi xərçənginin diaqnostika və müalicəsinin keyfiyyətinin yüksəldilməsini gözləyirlər.

Son xəbərlər