Alen Simonyan Sahibə Qafarova ilə görüşünü müsbət qiymətləndirib
Ermənistan parlamentinin sədri Alen Simonyan Cenevrədə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə dünən baş tutan görüşünü müsbət qiymətləndirib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
O qeyd edib ki, görüş zamanı tərəflər cəmiyyətlərin yaxınlaşmasının, sülh şəraitində yaşamağın və bir-birinə doğru addımlar atmağın zəruriliyi ilə bağlı ümumi fikrə gəliblər.
"Qeyd etmək istəyirəm ki, həmkarım (Sahibə Qafarova - red.) bu fikri bölüşür. Görüş çox müsbət və səmimi atmosferdə keçib", - A.Simonyan əlavə edib.
Onun sözlərinə görə, tərəflər həmçinin münasibətlərin normallaşması istiqamətində müvafiq addımların tezliklə atılmasının vacibliyi barədə ümumi fikir ifadə ediblər.
A.Simonyan yüksək səviyyəli qarşılıqlı səfərlərin mümkünlüyünü istisna etməyib, lakin onun fikrincə, bu bir sıra şərtlər yerinə yetirildikdən sonra mümkündür.
Oxşar xəbərlər
İlham Əliyev: Azərbaycanın xarici borcu ÜMD-ə nisbətdə 5,6 % təşkil edir, bu dünyada ən aşağı göstəricilərdən biridir
Prezident İlham Əliyev ölkənin xarici borcunun ümumi daxili məhsula nisbətində Azərbaycanın dünyada ən aşağı göstəricisi olduğunu bildirib. BAKU.WS xəbər verir...