Aleksey Navalnı komadan ayıldı
07
sen
2020
18:00
Rusiyada müxalif düşüncəli gənclərin lideri sayılan Aleksey Navalnı komadan ayılıb.
BAKU.WS xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Almaniyanın “Charite” klinikasındakı həkimlər müxalif lideri süni tənəffüs aparatından ayırıblar.
Qeyd edək ki, qanında “Noviçok” adlı zəhərli maddə aşkarlanan A.Navalnı avqustun 20-də təyyarədə özünü pis hiss edib.
Əvvəlcə o, Omskda xəstəxanaya, daha sonra isə Almaniyadakı klinikaya yerləşdirilib.
Oxşar xəbərlər
Rusiya müxalifətinin lideri Navalnıy zəhərləndi, xəstəxanaya yerləşdirildi
Rusiyada fəaliyyət göstərən Korrupsiya ilə Mübarizə Fondunun (KMF) qurucusu, müxalifət lideri Aleksey Navalnıy xəstəxanaya yerləşdirilib. BAKU.WS APA-ya istinad...