“RİA Novosti”nin müxbiri intihar etdi
Rusiyanın “RİA Novosti” agentliyinin müxbiri Moskvada binanın səkkizinci mərtəbəsindən özünü atıb.
BAKU.WS xəbər verir ki, Rusiya mediasında çalışan 40 yaşlı Antonio Manuel Sançes İspaniya vətəndaşıdır.
"112" telekanalının yazdığına görə, jurnalist gündüz özünü pis hiss edib və təcili yardım çağıraraq yorğunluqdan, fikir dağınıqlığından şikayət edib. Həkimlər ona sakitləşdirici həblər veriblər. Axşam saat 21.40-da isə onun cəsədini qonşu qadın tapıb.
İstintaqçılar onun intihar etdiyini ehtimal edir. Jurnalist özündən sonra heç bir məktub buraxmayıb.
Antonionun sevgilisi onun son zamanlar depressiyadan əziyyət çəkdiyini bildirib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Ermənistanda əsgər pulemyotla özünü öldürüb
Ermənistan ordusunun hərbi qulluqçularından biri intihar edib. BAKU.WS xəbər verir ki, bu barədə yerli media yazıb. Məlumata görə, müqavilə əsasında xidmət apar...