NTV-nin 25 yaşlı müxbiri özünü 11-ci mərtəbədən atıb intihar etdi - VİDEO

NTV-nin 25 yaşlı müxbiri özünü 11-ci mərtəbədən atıb intihar etdi - VİDEO
Video
Siyasət 974

Rusiyanın NTV telekanalının müxbiri Nikita Razvozjayev dünyasını dəyişib.BAKU.WS Rusiya KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı jurnalist özünü yaşadığı binanın 11-ci mərtəbəsindən ataraq intihar edib.

O, ölümündən əvvəl “VKontakte” sosial şəbəkəsindəki səhifəsində valideynlərindən, keçmiş həyat yoldaşından, dostlarından və həmkarlarından üzr istəyib.

Hüquq-mühafizə orqanlarının versiyasına görə, jurnalisti intihara sövq edən səbəb sevgi münasibəti olub.

Nikita Razvozjayev 22 iyul 1993-cü ildə Saratovda doğulub. Saratov Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 2016-cı ildən NTV telekanalının "Çrezvıçaynoye proisşestvyiye" proqramında çalışırdı.

Qeyd edək ki, Nikita Razvozjayev Moskvanın Qorki adına parkında desantçı ilə davası ilə məşhurlaşmışdı.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər