Bakıda həyat yoldaşından ayrılan kişinin dəhşətli sonu
26
okt
2017
11:33
Bakıda dəhşətli intihar hadisəsi baş verib. BAKU.WS Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yaşayan 1980-cı il təvəllüdlü Hacıyev Tural Müzəffər oğlu özünü doqquzmərtəbəli binanın damından ataraq həyatına son qoyub. Bildirilir ki, T.Hacıyev hadisə baş verən binanın 2-ci mərtəbəsində yaşayıb və 9-cu mərtəbəyə qalxandan sonra nərdivanla binanın damına çıxıb və çox keçmədən özünü atıb. Bir müddət əvvəl həyat yoldaşından ayrılan 37 yaşlı Turalın işsiz olduğu, ata-anası ilə birgə yaşadığı məlum olub. Valideynləri hadisədən o, özünü binadan atandan sonra xəbər tutublar. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Bakıda gənc yazar özünü 17-ci mərtəbədən ataraq intihar edib
Bakıda 28 yaşlı oğlan özünü binanın 17-ci mərtəbəsindən ataraq intihar edib. BAKU.WS-in "Report"-a istinadən verdiyi xəbərə görə, hadisə Binəqədi rayonunda ba...