Rusiya müxalifətinin lideri Navalnıy zəhərləndi, xəstəxanaya yerləşdirildi
Rusiyada fəaliyyət göstərən Korrupsiya ilə Mübarizə Fondunun (KMF) qurucusu, müxalifət lideri Aleksey Navalnıy xəstəxanaya yerləşdirilib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə onun mətbuat katibi Kira Yarmış məlumat yayıb.
Onun sözlərinə görə, Tomskdan Moskvaya təyyarə ilə uçuş zamanı A. Navalnıy özünü pis hiss edib, təyyarə Omska təcili eniş edib.
K.Yarmış müxalifət liderinin huşsuz vəziyyətdə toksiki zəhərlənmə ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirildiyini qeyd edib.
O vurğulayıb ki, A. Navalnıy səhər ancaq çay içib. Mətbuat katibi müxalifət liderinin çayına qarışdırılan maddə ilə zəhərləndirilməsindən şübhələndiklərini əlavə edib.
Oxşar xəbərlər
Rusiya və Türkiyə arasında iplər qırılır - Nəticəsiz müzakirələr davam edir
Dünən Türkiyə və Rusiya diplomatları Moskvada İdlibdəki mövcud vəziyyəti müzakirə ediblər. BAKU.WS xəbər verir ki, İdlibdə hökumət qüvvələrini dəstəkləyən Rusiy...