Aİ ilə Azərbaycan arasında danışıqlar aparılıb
Avropa İttifaqının (Aİ) Genişlənmə və Şərq Qonşuluğu üzrə baş direktoru Gert Yan Koopman Azərbaycanın dövlət və hökümət rəsmiləri ilə səmərəli danışıqlar aparıb.
BAKU.WS xəbər verir ki, Gert Yan Koopman bu barədə "X" sosial şəbəkə hesabında məlumat verib.
Onun sözlərinə görə, Aİ və Azərbaycan arasında sülh gündəliyi, regional bağlantılar və tərəfdaşlıq məsələləri müzakirə olunub. Koopman qeyd edib ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla Aİ-nin minalardan təmizləmə, sosial-iqtisadi inkişaf sahəsində dəstəyi, eləcə də Orta dəhliz üzrə əlaqələndirmənin növbəti mərhələləri ətrafında fikir mübadiləsi aparılıb.
Aİ rəsmisi, həmçinin iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, energetika naziri Pərviz Şahbazov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyevlə iqtisadi əlaqələr, nəqliyyat və enerji mövzuları ətrafında fikir mübadiləsi aparıb.
"Regional əlaqə üçün açar olan Naxçıvan dəmir yolu üçün texniki-iqtisadi əsaslandırmanı başlatdıq", - Gert Yan Koopman paylaşımında qeyd edib.
Delighted to also meet Ministers @MikayilJabbarov, @RashadNNabiyev, @ParvizShahbazov, and Deputy Minister @YalchinRafiyev.
— Gert Jan Koopman (@GertJanEU) January 28, 2026
Discussions focused on 🇪🇺–🇦🇿 economic ties, transport & energy. We launched the feasibility study for the Nakhchivan railway—key for regional connectivity. pic.twitter.com/VFtxn5n6VZ
Oxşar xəbərlər
Qərbi Azərbaycan Xronikası: Spendiarovun musiqisi ermənilərin İrəvan saxtakarlığını ifşa etdi
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında veriliş hazırlanıb. BAKU.WS xəbər verir ki, v...