Türkiyədə ağır yol qəzasında 22 sərnişin yaralandı - FOTO

Türkiyədə ağır yol qəzasında 22 sərnişin yaralandı - FOTO
Foto
Siyasət 50

Türkiyənin Muğla şəhərində ağır yol qəzası baş verib.

BAKU.WS xəbər verir ki, Menteşe rayonun Yerkesik məhəlləsində qeydə alınan bədbəxt hadisə zamanı mikroavtobusla minik avtomobili toqquşub. Nəticədə 22 nəfər yaralanıb.

Qəzanın baş verdiyi əraziyə təcili tibbi yardım və hüquq-mühafizə orqanları gəlib. Xəsarət alan 22 sərnişin Muğla xəstəxanasına yerləşdirilib.

Hazırda qəzanın baş vermə səbəbi araşdırılır.

Son xəbərlər