Türkiyədə koronavirus qorxusu! Xəstəxanalarda səfərbərlik elan edildi - VİDEO

Türkiyədə koronavirus qorxusu! Xəstəxanalarda səfərbərlik elan edildi - VİDEO
Video
Siyasət 1582

Türkiyənin Muğla və Sivas şəhərlərində iki xarici ölkə vətəndaşı koronavirus şübhəsi ilə xəstəxanaya müraciət edib.

BAKU.WS Türkiyə KİV-nə istinadla xəbər verir ki, Muğlanın Milas-Bodrum hava limanına enən təyyarədə olan 40 yaşındakı Fransa vətəndaşı yüksək hərarətlə təcili dövlət xəstəxanasına aparılıb. Bu məlumatdan dərhal sonra təcili yardım otağı xəstəxana işçiləri tərəfindən karantinə alınıb.

Xəstənin koronavirus testlərinin nəticələri gözlənilir. Muğla ilə yanaşı Sivasda daha bir şübhəli şəxs, Əfqanıstan əsilli Nəcibullah Sultani yüksək hərarət şikayəti ilə xəstəxanaya aparılıb.

Xəstəxanaya çatdırılan Sultanini həkimlər müşahidə altına alıblar.

Xəstəxana işçiləri xüsusi kombinezonlar geyinib və maska taxıblar. Nəcibullah Sultaninin də koronavirus testlərinin nəticələri gözlənilir.

Son xəbərlər